...

Trend.az: 12 milyondan çox səhifə oxunub

Telekommunikasiya Materials 3 İyun 2011 10:00 (UTC +04:00)
2011-ci ilin yanvar-may aylarında Trend Beynəlxalq İnformasiya Agentliyinin www.Trend.Az internet resurslarına baxış ötən ilin müvafiq dövründəki 8 milyona qarşı 12,46 milyon səhifəyə çatıb.
Trend.az: 12 milyondan çox səhifə oxunub

Azərbaycan, Bakı, 2 iyun /Trend/

2011-ci ilin yanvar-may aylarında Trend Beynəlxalq İnformasiya Agentliyinin www.Trend.Az internet resurslarına baxış ötən ilin müvafiq dövründəki 8 milyona qarşı 12,46 milyon səhifəyə çatıb.

"Google Analytics" xidmətinin məlumatına görə, səhifələrə baxışların sayı orta hesabla bu dövrdə sutkada 82,5 min təşkil edib. 2010 -cu ilin yanvar-mayında bu göstərici sutkada 53 min təşkil edib.

Mayda www.Trend.Az -a baxışların sayı 93,2 min orta sutkalıq göstərici ilə 2,88 milyon səhifəni keçib.

2011-ci ilin yanvar-may ayları ərzində Trend BİA-nın saytına daxil olanların sayı 4,05 milyonu ötüb.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür.

Trend Xəzəryanı region, Qafqaz və Mərkəzi Asiya ölkələrinin siyasəti və iqtisadiyyatı haqqında etibarlı və operativ xəbər mənbəyi kimi tanınıb .

Moody's International Trend -a xəbərlərin və analitik məqalələrin, eləcə də video-foto materialların istehsalı və yayımlanmasına dair sertifikat verib. Şirkət TREND-in idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib.

2010-cu ildə Trend Asiya və Sakit Okean ölkələri informasiya agentlikləri Təşkilatına (OANA) üzv seçilib.

Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 600-ə yaxın xəbər dərc edir.

Trend gündəlik iqtisadi məlumat bülleteni, "Trend Oil and Gas" gündəlik nəşrini dərc edir. Orada Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarları işıqlandırılır. "Trend Transport" regionun nəqliyyat sektorunun xülasəsidir. "Trend Weekly Business Report" və "Trend Monthly Business Report" ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin xülasəsi, "Trend Finances" ixtisaslaşmış nəşri maliyyə sektorunun məlumat xülasəsi, "Iran Economy Review" - İranın makroiqtisadi xülasəsidir.

Trendin xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət strukturları , dünyanın iri kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər var.

Xəbər lenti

Xəbər lenti