...

Nar Mobile "Bomba" danışıq paketləri təqdim edir

Telekommunikasiya Materials 13 İyul 2011 11:22 (UTC +04:00)
İyulun 12-də "Nar Mobile" abunəçilərə çox sərfəli qiymətlə ünsiyyətdə olmaq imkanını yaradan 2 yeni danışıq paketi təqdim edib.
Nar Mobile "Bomba" danışıq paketləri təqdim edir

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Ayda cəmi 10 manata bütün Azərbaycanla istədiyin qədər danışmaq imkanı!

İyulun 12-də "Nar Mobile" abunəçilərə çox sərfəli qiymətlə ünsiyyətdə olmaq imkanını yaradan 2 yeni danışıq paketi təqdim edib.

"Bomba10" paketini aktivləşdirməklə abunəçilər səsli və video zənglər üçün ay ərzində 600 şəbəkədaxili, 300 ölkədaxili dəqiqə əldə edirlər. "Bomba15" paketində isə abunəçilərə bir ay ərzində 1000 şəbəkədaxili və 500 ölkədaxili dəqiqə təqdim edilir.

Paketləri aktivləşdirmək üçün mobil telefonun ekranında *777#510#YES (Bomba10) və ya *777#515#YES (Bomba15) yığmaq kifayətdir. "Bomba10" paketinin aktivləşdirmə qiyməti 10 manat, "Bomba15" paketinin aktivləşdirmə qiyməti isə 15 manat təşkil edir.

Danışıq paketlərinin qiymət cədvəli:

Paketin adı

Bomba10

Bomba15

İstifadə müddəti

30 gün

30 gün

İstifadə saatları

08:00-00:00

24 saat

Şəbəkədaxili dəqiqələr

600 dəqiqə

1000 dəqiqə

Ölkədaxili bütün istiqamətlərə

300 dəqiqə

500 dəqiqə

Paketin qiyməti

10 manat

15 manat

Paketin cari balans qalığını öyrənmək üçün mobil telefonun ekranında *777#20#YES yığmaq kifayətdir.

Danışıq paketləri yalnız 5 Qəpik və Sevimli Şəbəkə tariflərinin istifadəçiləri üçün nəzərdə tutulub. Danışıq dəqiqələri bitdikdə və ya istifadə müddətindən kənar edilən zənglər abunəçinin istifadə etdiyi tarif planına əsasən hesablanacaq.

Daha ətraflı məlumat üçün: www.narmobile.az

Xəbər lenti

Xəbər lenti