...

"Azercell" təqdim etdiyi bütün işlərdə yerli resursların səfərbər olunması məqsədilə yeni layihəyə başlayıb

Telekommunikasiya Materials 25 İyul 2011 16:04 (UTC +04:00)
"Azərcell-lə yaşa, daha yaxşı yaşa!" - qısa müddət ərzində Azercell-in vizit kartına çevrilən bu çağırışı indi hər yerdən eşitmək, oxumaq və görmək olar.
"Azercell" təqdim etdiyi bütün işlərdə yerli resursların səfərbər olunması məqsədilə yeni layihəyə başlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"Azərcell-lə yaşa, daha yaxşı yaşa!" - qısa müddət ərzində Azercell-in vizit kartına çevrilən bu çağırışı indi hər yerdən eşitmək, oxumaq və görmək olar. Bu yaddaqalan, oxunaqlı şüar şirkətin indiki mövqeyini əks etdirir.

Azercell hələ ötən ildən başlayaraq fəaliyyətində yeni mərhələyə qədəm qoyub. Çox uğurlu rebrendinq prosesi nəticəsində şirkət Avropa və Asiyaya yayılan qlobal "TeliaSonera" ailəsinin ümumi brendi altında birləşdi. "Bir şirkət - bir brend" fəlsəfəsinə əsaslanan mobil operatorlar "qlobal və yerli" brend strategiyası adı altında ümumi loqonu qəbul etdilər. Nəticədə Azercell-in vizual görüntüsü tamamilə yeniləndi.

Təbii ki, eyni brend və eyni loqo altında fəaliyyət göstərən şirkətlərin hər birinin özünəməxsus cəhətləri var və bu təkrarolunmazlıq şirkətin gördüyü işlərdə, həyata keçirdiyi layihələrdə, kampaniyalarında özünü büruzə verir. Məhz qlobal ailənin təsir gücü ilə yerli vəziyyətə bağlı təcrübə nəticəsində Azercell hər zaman birinci olmağı bacarır.

Azercell öz abonentlərinə təqdim etdiyi bütün işlərdə qlobal və yerli resursların səfərbər olunmasında tarazlığa nail olmaq məqsədilə Dəyər Təklifini yeniləmək üçün "Brendin Yeni Mövqeyinin Təyin olunması" layihəsinə başlayıb.

Yeni brendin təqdimatı strategiyasını formalaşdırmaq üçün hazırlanan layihəyə mövqeyin seçilməsində aparıcı şirkət sayılan "Trout&Partners"in (http://www.troutandpartners.com/) dəstəyi ilə başlanılıb. Məqsəd Azercell abonentlərinin müəyyən etdiyi brend dəyərlərinə sadiq qalmaqla yanaşı, həm də onların ehtiyaclarına uyğun olan strategiya hazırlamaqdır.

Yeni brendin təqdimat strategiyası yerli telekommunikasiya bazarında Azercell-in aparıcı mövqeyinin güclənməsinə yönəlir. Bu baxımdan artıq "Azərcell-lə yaşa, daha yaxşı yaşa!" çağırışı hər kəs üçün yeni söz birləşməsinə və yeni strategiyanın nəticəsi kimi formalaşan Azercell-in yeni melodiyasına çevrilib. Musiqisi Vaqif Gərayzadə, sözləri Teymur Məmmədova məxsus olan bu melodiya daha mehriban mühit, müsbət əhval-ruhiyyə yaradır, şirkətlə abonentlər arasındakı münasibətləri gücləndirmək üçün xüsusi önəm daşıyır.

"TeliaSonera" dünyada ilk olaraq rouminq, 4G və genişzolaqlı interneti təqdim etməklə bütün sərhədləri aşaraq müştərilərlə iş sahəsində zəngin təcrübəsini yayan qlobal bir aləmdir. Bu qurumun gücü sayəsində Azercell öz abonentlərinə dünya miqyasında tətbiq edilən yeniliklər, modern texnologiyadan yararlanmaq imkanı verir. Azercell təqdim etdiyi məhsulların abonentlərin ehtiyac və istəklərinə uyğun olmasını təmin etmək üçün müştərilərini daha diqqətlə dinləyir.

Beləliklə, qiymət siyasətində dəyişikliklər, daha mülayim tariflər, hesablama sisteminin şəffaflığı, yeni cəlbedici kampaniyalar və bu kimi digər meyarlar Azercell-i öz istehlakçılarına daha da yaxınlaşdıracaq və onlar Azercell xidmətlərindən daha uyğun və daha rahat şəkildə istifadə edəcəklər.

Xəbər lenti

Xəbər lenti