Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Beynəlxalq Bankının 100 faiz mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi SMS xəbərdarlıq xidmətində olan texniki nasazlıqları aradan qaldırıb. Trend-in məlumatına görə, bu barədə mərkəzin çərşənbə günü yaydığı məlumatda deyilir.
Mobilbank xidmətinin tərkib hissəsi olan SMS xəbərdarlıq xidməti bank kartlarının sahiblərini kartla aparılan əməliyyatlar haqqında SMS vasitəsilə xəbərdar etməkdən ibarətdir.
Bundan sonra SMS xəbərdarlıqlar 070 271 11 11 nömrəsindən deyil, əvvəlki kimi, "AzeriCard"dan gələcək.
Xidmət bankomat şəbəkəsi vasitəsilə həyata keçirilir. Bank kartlarının sahibləri əməliyyatların aparılma yeri və vaxtından asılı olmayaraq SMS xəbərdarlıq alır. Bu xitmət ölkənin hər üç GSM operatoruna aiddir.