...

"Klass 7" - Bakcell-dən Klass abunəçiləri üçün növbəti yenilik

Telekommunikasiya Materials 12 Oktyabr 2011 17:40 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Bakcell şirkəti Klass abunəçilərinə zəng üzrə hesablanan yeni tarif təqdim edib.
"Klass 7" - Bakcell-dən Klass abunəçiləri üçün növbəti yenilik

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanın mobil operatoru Bakcell şirkəti Klass abunəçilərinə zəng üzrə hesablanan yeni tarif təqdim edib.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq, Klass abunəçiləri zəngin hər dəqiqəsi üçün deyil, bütöv zəng üçün ödəmək imkanı verən tarif paketindən yararlana biləcəklər. Şirkət Klass tarifinin "Daha çox danışın, daha çox dəyər əldə edin" prinsipinə sadiq qalaraq, yeni "Klass 7" adlı tarif kampaniyasını təqdim edir. "Klass 7" tarifi ilə Klass abunəçiləri misilsiz üstünlüklərdən faydalana biləcəklər. Abunəçilər etdikləri zəngin hər dəqiqəsi üçün deyil, bütöv zəng üçün ödəmə prinsipi ilə tayı-bərabəri olmayan qiymətlərdən faydalanacaqlar. Başqa sözlə, onlar cüzi bağlantı haqqı ödəməklə istədikləri qədər danışacaqlar. Üstəlik, bu tarif bazarda ilk dəfə olaraq, maksimum - 7 Sevimli Nömrə təklif edir.

"Klass 7" tarifi çərçivəsində Bakcell abunəçiləri danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcəklər. Bir zəngin maksimal müddəti 1 saatdır. Sevimli Nömrələrə edilən bir zəngin qiyməti sadəcə 2 qəpik təşkil edəcək. Bakcell-in digər abunəçilərinə bir limitsiz zəngin qiyməti 7 qəpikdir. Bundan əlavə, istirahət günlərində bütün zənglərə inanılmaz güzəştlər tətbiq edilir. Abunəçilər bütün Bakcell nömrələrinə bir zəng üçün sadəcə 2 qəpik ödəməklə zəng edə biləcəklər. Yeni tarifin üstünlükləri bununla bitmir. Bütün həftə ərzində 7 Sevimli Nömrəyə göndərilən SMS-lərin qiyməti çox sərfəli, sadəcə 1 qəpik təşkil edir. İstirahət günlərində isə ölkə daxilində bütün istiqamətlərə göndərilən SMS-lərin qiyməti 1 qəpik olacaq.

"Klass 7" tarif kampaniyasına bütün cari və yeni Klass abunəçiləri qoşula bilərlər. Yeni tarifə qoşulmaq üçün Klass abunəçiləri öz mobil telefonlarında 139#2#YES nömrəsini yığmalıdırlar. Hazırda Klass Peşəkar tarifindən istifadə edən müştərilər də eyni kodu yığmaqla "Klass 7" tarifinə keçə bilərlər. "Klass 7" tarifinin aylıq abunə haqqı 7 manat təşkil edir. Abunəçilər yeni tarifə bu gündən etibarən qoşulub təklifin bütün üstünlüklərindən faydalana bilərlər.

Bakcell şirkəti müştərilərin ehtiyac və tələblərinə cavab vermək üçün bütün imkanlardan istifadə edir. Klass tarifi öz büdcəsinə nəzarət edən, fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır. Klass abunəçisi olmaq üçün istənilən Bakcell ticarət nişanlı dükana baş çəkib Klass nömrəsi almaq və ehtiyacınıza uyğun Klass tarifini seçmək kifayətdir. Bakcell öz müştərilərinə bütün ölkə ərazisində fəaliyyət göstərən 220-dən artıq xidmət və satış nöqtəsi vasitəsilə həm Bakıda, həm də regionlarda xidmət göstərir. Bakcell-in müştəri xidməti üzrə nümayəndələri və dilerlər müştərilərə ən yaxşı mobil rabitə planını seçməkdə böyük məmnuniyyətlə kömək edəcəklər.

Bakcell şirkəti yaxın gələcəkdə Klass ailəsi üçün daha çox üstünlüklər və yeni kampaniyalar təklif edəcək.

"Klass 7" tarif kampaniyası barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun və ya 555 nömrəsinə zəng edin. Müştərilər həmçinin 5525 nömrəsinə pulsuz SMS göndərib, "Klass 7" barədə məlumat əldə edə bilərlər.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti