Azərbaycan, Bakı, 25 noyabr /Trend/
İndi ayda sadəcə 89 manata BlackBerry sahibi olmaq mümkündür. Bunun üçün iş yerindən arayış və ya digər sənədlər tələb olunmur. Tək bir şəxsiyyət vəsiqəsi ilə bir neçə dəqiqə ərzində BlackBerry və HTC populyar model smartfonlarını almaq olar.
Trend-in məlumatına görə, bu cür cəzbedici şərtləri olan kampaniya "BakuTel-2011" sərgisində keçirilir. Sərgidə "Kontakt Mobile" şirkətinin stendinə yaxınlaşan hər bir "Azercell" abonenti kampaniyadan yararlana bilər. Müştərilər burada BlackBerry və HTC telefonlarını 9 aylıq müddətə güzəştli kredit şərtləri ilə ala biləcəklər.
Noyabrın 26-na qədər davam edən sərgidə 3 növ BlackBerry və 5 növ HTC telefon modelini əldə etmək mümkündür. Belə ki, BlackBerry 9900 ayda cəmi 89 manat, BlackBerry 9860 üçün 79 manat, BlackBerry 9780 modelini isə ayda cəmi 59 manat ödəməklə almaq olar.
HTC modellərinə gəlincə, HTC Mozart - 59 manat, HTC Incredible S - 69 manat, HTC Sensation - 79 manat, HTC EVO 3D və HTC Titan modelləri isə ayda cəmi 89 manat məbləğində kreditlə almaq olar.
Kreditlər 9-10 ay müddətinə hesablanır. Bu telefonların kreditini sənədləşdirmək üçün banka getmək, haradansa arayış gətirmək lazım deyil. Sadəcə yolunuzu Bakı Ekspo Mərkəzindən salıb orada keçirilən "BakuTel-2011" sərgisinə baş çəkmək lazımdır. Burada "Kontakt Mobile" stendinə yaxınlaşıb bir nəfər zamin duracaq şəxslə birlikdə şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
"BakuTel-2011" sərgisi Bakı Ekspo Mərkəzində keçirilir və noyabrın 26-na qədər davam edir. Odur ki, son dərəcə müasir, yeni model BlackBerry və HTC telefonlarını güzəştlə almaq istəyən "Azercell" abonentləri tələsməlidirlər.