Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev/
"Bakcell" mobil rabitə operatoru "Opera" şirkəti ilə birgə öz şəbəkəsinin istifadəçiləri üçün "Opera mini"nin xüsusi variantını təqdim edib. Bu barədə cümə axşamı jurnalistlərə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer deyib.
Onun sözlərinə görə, bu, "Bakcell" şəbəkəsinin abunəçilərinə mobil internet istifadəsi üzrə daha çox imkanlar əldə etməyə şərait yaradacaq.
"Bakcell" tərəfindən aparılan kampaniya yeni tarif planlarının iki növünü nəzərdə tutur. Birincisi, ayda 1,99 manata internetdən limitsiz istifadəni, ikincisi isə gündə 0,19 manatı nəzərdə tutur.
Paketlərdən birini aktivləşdirmək üçün mətn sahəsində müvafiq olaraq, "30" və ya "1" nömrəsini yazıb 6464 nömrəsinə SMS-məlumat göndərmək lazımdır.
"Bakcell" abunəçiləri xidməti m.opera.com saytında yükləyə bilərlər. Xidmət "Blackberry" tarif istifadəçilərindən başqa, bütün abunəçilər üçün mümkündür.
Şirerin sözlərinə görə, hazırda "Bakcell"in 3G şəbəkəsinin abunəçilərinin sayı 650 mini ötür, onların 60 faizi internet istifadəçiləridir.
Bu istifadəçilərin 13 faizi "Facebook", 10 faizi isə "Youtube"un payına düşür.
"Bakcell" artıq "Azerfon" operatorunun şəbəkəsi ilə videozəng xidmətinin test sınaqlarına başlayıb.
Şirerin sözlərinə görə, bu xidmət "Azercell" operatoru ilə test sınağından uğurla keçirilib.
Videozənglərin qiyməti səsli xidmətlərə tətbiq edilən tariflərə uyğundur.