...

"Nar Mobile"dan möhtəşəm Novruz şənlikləri

Telekommunikasiya Materials 19 Mart 2012 11:54 (UTC +04:00)
"Nar Mobile" 5 illik yubileyini və yazın gəlişini tərənnüm edən qədim xalq bayramı olan Novruz bayramı münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda şənliklər keçirəcək.
"Nar Mobile"dan möhtəşəm Novruz şənlikləri

Azərbaycan, Bakı, 19 mart / Trend/

"Nar Mobile" 5 illik yubileyini və yazın gəlişini tərənnüm edən qədim xalq bayramı olan Novruz bayramı münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda şənliklər keçirəcək.

Nar Mobile, mart ayının 20-dən 23-dək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda paytaxt sakinləri üçün Novruz bayramı münasibətilə keçiriləcək tədbirlərə dəstək olacaq. Silsilə tədbirlər çərçivəsində paytaxt sakinləri üçün şənliklər, muzeylərə ekskursiyalar, konsert proqramları, uşaqlar üçün yarışmalar təşkil olunacaq, həmçinin gənclərin əl işləri nümayiş olunacaqdır. Tədbir çərçivəsində Nar Mobile mobil operatoru xüsusi olaraq jurnalistlər üçün press tur təşkil edəcək. Press tur "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və daha sonra isə Qala kəndi marşurutu üzrə həyata keçiriləcəkdir.

"Bu yaxın günlərdə hamı sevimli Novruz Bayramını və baharın gəlişini qeyd edəcək. Bundan başqa abunəçilərimiz həmçinin Nar Mobile mobil operatorun 5 illik yubileyini də qeyd edəcəkdir. Nar Mobile hər il Novruz bayramı ərəfəsində abunəçilərinə və ümumilikdə bütün xalqımıza sevinc bəxş etmək üçün müxtəlif sosial layihələr, kampaniyalar keçirir. Bu il də ənənəmizə sadiq qalaraq, Biz "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala kəndində paytaxt sakinləri üçün düzənlənmiş tədbirlərə dəstək olacayıq. Bu münasibətlə Nar Mobile adından hər kəsi təbrik edirik və tədbirlərdə iştirak etməyə dəvət edirik" -Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktor xanım Leyla Nəsrullayeva deyib.

Tədbirlər dörd gün ərzində, mart ayının 20-dən 23-dək İçəri Şəhərdə və iki gün ərzində, Mart ayının 20-21-i Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda səhər saatlarından axşam saatlarına kimi davam edəcək və tədbirlərə hər kəs dəvətlidir.

Nar Mobile mobil operatoru ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Nar Mobile mobil operatorunun şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti