...

İlin sonunadək Azərbaycanda lotereya biletlərinin online satışına başlanacaq

Telekommunikasiya Materials 18 Aprel 2012 11:57 (UTC +04:00)
2012-ci ilin sonunadək Azərbaycanda internet vasitəsilə lotereya biletlərinin online satışı mümkün olacaq.
İlin sonunadək Azərbaycanda lotereya biletlərinin online satışına başlanacaq

Azərbaycan, Bakı, 18 aprel / Trend, müxbir Ə.Həsənov /

2012-ci ilin sonunadək Azərbaycanda internet vasitəsilə lotereya biletlərinin online satışı mümkün olacaq. Bu barədə "Azərlotereya" ASC-nin rəhbəri Maqsud Tağıyev çərşənbə günü "Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi" adlı tədbirdə deyib.

"Avropa ölkələrində lotereya biletlərinin alınmasının mümkün olduğu təxminən 15 min sayt fəaliyyət göstərir", - Tağıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda lotereya biletlərinin online satışının təşkili qiymət artımına gətirib çıxarmayacaq.

"2012-ci ildə ölkədə lotereya biletlərinin satışının orta hesabla 20 faiz artırılması planlaşdırılır", - ASC-nin rəhbəri deyib.

2011-ci ilin yekunları üzrə "Azərlotereya" 19,1 milyon manatdan yuxarı məbləğdə 18,5 milyon lotereya satıb.

Tağıyevin sözlərinə görə, uduş fondu 12 milyon manat və ya ümumi məbləğin 64 faizini təşkil edir.

Ötən ilin yekunları üzrə "Azərlotereya"nın balans mənfəəti 1,6 milyon manatı ötüb.

2011-ci ildə "Azərlotereya" ASC-də 2,8 milyon manat məbləğində iri mükafatlar oynanılıb. Dövlət büdcəsinə 1,2 milyon manat vəsait köçürülüb.

Tağıyevin sözlərinə görə, 2012-ci ilin əvvəlindən lotereya biletlərinin satış həcmi 26 faiz artıb.

Xəbər lenti

Xəbər lenti