...

Azərbaycanda İKT xidmətlərinin həcmi təxminən 18 faiz artıb

Telekommunikasiya Materials 16 İyul 2012 16:41 (UTC +04:00)
Azərbaycanda birinci yarımildə təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 643,5 milyon manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycanda İKT xidmətlərinin həcmi təxminən 18 faiz artıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda ilin birinci yarısında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 643,5 milyon manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən deyildiyi kimi, ötən dövr ərzində göstərilən sektorun müqayisə edilə bilən qiymətlər üzrə artım tempi 17,9 faiz olub.
İnformasiya və rabitə xidmətlərinin həcminin 72,3 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.

Bununla yanaşı, əldə olunan gəlirin 59,5 faizi mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ildəki analoji göstərici ilə müqayisədə 15,9 faiz çoxdur. Bu dövrdə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 395,8 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti