...

Azərbaycanın İT şirkəti "VMWare" yüksək tərəfdaşlıq statusu alıb

Telekommunikasiya Materials 15 Aprel 2013 16:11 (UTC +04:00)
Azərbaycanın İT sahəsində fəaliyyət göstərən ULTRA şirkəti 2013-cü ildə "VMWare" şirkəti ilə tərəfdaşlıq statusunu yeniləyib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən bildiriblər.
Azərbaycanın İT şirkəti "VMWare" yüksək tərəfdaşlıq statusu alıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycanın İT sahəsində fəaliyyət göstərən ULTRA şirkəti 2013-cü ildə "VMWare" şirkəti ilə tərəfdaşlıq statusunu yeniləyib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən bildiriblər.

Şirkət "VMWare Professional Partner" statusuna layiq görülüb. ULTRA şirkətinin peşəkar mütəxəssisləri VMWare VTSP və VSP 4-5 məhsulları üzrə ixtisaslaşaraq şirkətin virtual infrastruktur sahəsini gücləndirib.

"VMWare" şirkəti virtual infrastruktur bazarında aparıcı yer tutur. Xüsusi populyarlıq əldə edən məhsullar: VMWare workstation, VMWare server, VMWare ESXServer, VMWare Virtual Center, VMWare ACE, VMWare Player və s. "VMWare" proqram təminatı sistemin yükünü optimallaşdıraraq və idarəetmə çevikliyini artıraraq istifadəçiyə bir kompüterdə eyni anda bir neçə əməliyyat sistemlərini işə salmağa imkan yaradır.

Hesablama resurslarının virtuallaşdırılması böyük gələcəyə malikdir. Misal olaraq, virtual klaster yaratmaq üçün "VMWare ESXServer"dən istifadə edərək eyni anda mövcud olan avadanlığın yüklənmə effektivliyini artırmaq, inzibatçılıq üzrə xərcləri aşağı salmaq və kritik səhvdən sonra sistemin yenidən bərpası üçün lazımi vaxt sərfiyyatını azaltmaq olar. Bundan əlavə, virtuallaşdırma, elektrik enerjisinə və avadanlığın yerləşdirilməsi üçün zəruri olan yerə qənaət etməyə imkan verir.

ULTRA şirkətinin "VMWare Professional Partner" yüksək tərəfdaşlıq statusunu əldə etməsi şirkətə sifarişçilərə praktiki olaraq VMWare-nin bütün qabaqcıl həllərini təklif etməyə, lisenziya və texniki dəstək üzrə endirimləri təqdim etməyə, həmçinin ən son yenilənmələrə, proqram təminatı versiyalarına və lisenziyalara daxilolma hüququ ilə təmin etməyə imkan verir.

"VMWare Professional Partner statusu" ULTRA şirkətinə, sifarişçilərə serverlərin virtuallaşdırılması üzrə geniş spektrli işlər təklif etməyə və təchizatçı tərəfindən qoyulmuş həllərin texniki dəstəyi hesabına onların tələblərini tam şəkildə ödəməyə və sabit qiymət siyasəti aparmağa imkan verəcək.

Qeyd edək ki, ULTRA bir neçə ildir "VMWare" proqram məhsulları üzərində qurulan həlləri bir sıra dövlət qurumlarında, eləcə də iri maliyyə qurumlarında uğurla tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti