...

Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması planlaşdırılır

Telekommunikasiya Materials 5 Sentyabr 2013 13:04 (UTC +04:00)
Azərbaycan İnternet Cəmiyyəti internet xidmətlərinin qiymətlərinin sonrakı aşağı salınması ilə bağlı təklif hazırlayır.
Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması planlaşdırılır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan İnternet Cəmiyyəti internet xidmətlərinin qiymətlərinin gələcəkdə aşağı salınması ilə bağlı təklif hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Vəlizadənin sözlərinə görə, internetin qiymətinin son istifadəçilər üçün aşağı salınması məsələsi aktualdır və bu, Azərbaycanda "İKT ili" olaraq elan edilən 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilib.

Nazir müavininin sözlərinə görə, internet xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı tədbirlər yalnız cəmiyyətin nazirliyə konkret təkliflər verməsindən sonra görülə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti