...

Ötən il Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 240 minə yaxın müraciət cavablandırılıb

Telekommunikasiya Materials 14 Yanvar 2014 15:43 (UTC +04:00)
2013-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 238 666 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 584 387 sayda mesaj göndərilib.
Ötən il Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 240 minə yaxın müraciət cavablandırılıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

2013-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 238 666 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 584 387 sayda mesaj göndərilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 174 090-ı canlı rejimdə müfəttiş-operatorlar, 64 576-sı səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında elektron xidmətlər (26,6%), vergi növləri (12,2%), qeydiyyat (11,2%) hesabatlar və onların doldurulma qaydaları barədə suallar (7,9%), səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (44,7%) və dövlət büdcəsinə olan vergi borcları (29,4%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilə nisbətən 25,3% artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1507 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 97,9%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 2,1%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 72,7%-i Bakı şəhərindən, 13,8%-i ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olub.

2013-cü ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) daxil olmaların ümumi sayı 3 456 151 olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur. İnternet səhifəsinin "Sual-cavab" bölməsinə 2 236 sual daxil olub və onların 96,6 faizi qısa müddət (1-5 gün) ərzində cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti