...

İltimas Məmmədov: İlin sonunadək Azərbaycanda dövlət xidmətlərinin elektron hökumət portalına inteqrasiyası başa çatacaq

Telekommunikasiya Materials 19 Fevral 2014 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend, müxbir H.Vəliyev/

İlin sonuna kimi "Elektron hökumət" portalında təmsil olunan dövlət idarələrinin xidmətləri bir-biri ilə birləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Milli məkanın informasiya sistemlərinin ictimai təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bu, əhaliyə göstərilən xidmətlərin imkanlarını daha da genişləndirir: "Respublikanın dövlət idarələri elektron xidmətlərin inkişafına böyük əhəmiyyət verirlər. Ötən ilin yekunları üzrə, portalda yerləşdirilmiş 318 xidmətdən 735 min vətəndaş istifadə edib".

"Elektron hökumət" portalı vətəndaşlar və dövlət və özəl sektorun müəssisələri ilə işi dəstəkləyən əsas alətdir və vətəndaşlardan tələb olunan sənədlərin sayını müxtəlif orqanların bir-biri ilə onlayn rejimdə qarşılıqlı fəaliyyət göstərmələri hesabına azaltmağı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti