...

Azərbaycanda kompüterlərin internetlə virusa yoluxma səviyyəsi azalıb

Telekommunikasiya Materials 8 Avqust 2014 10:06 (UTC +04:00)
Azərbaycanda istifadəçilərin 40,94 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Trend-in məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin ikinci rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.
Azərbaycanda kompüterlərin internetlə virusa yoluxma səviyyəsi azalıb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda istifadəçilərin 40,94 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Trend-in məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin ikinci rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.

İcmala görə, cari ilin I rübü ilə müqayisədə bu göstərici 4 faiz azalıb.

İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında beşinci yeri tutur.

TOP 10-na 46,53 - 33,71 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Ermənistan, Ukrayna, Azərbaycan, Vyetnam, Belarus, Moldova, Monqolustan və Qırğızıstandır.

Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə həmçinin Əlcəzair, Tacikistan, Gürcüstan, Xorvatiya, Türkiyə, Özbəkistan, Qətər, Tunis, İran və İspaniya daxildir.

İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,4 faiz), İsveç (12,8 faiz), Yaponiya (13,3 faiz), Finlandiya (16,3 faiz), CAR (16,9 faiz), Ekvador (17,1 faiz), Norveç (17,5 faiz), Niderland (17,5 faiz), Honkonq (17,7 faiz) və Argentina (17,9 faiz).

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

2014-cü ilin II rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata keçirilən 354 mindən çox hücumu dəf edib.

Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 528,8 milyon virus hücumu aşkarlayıb. İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 995,5 milyonu ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti