...

Azərbaycanda verilmiş elektron imzaların sayı xeyli artıb

Telekommunikasiya Materials 13 Yanvar 2015 20:49 (UTC +04:00)
2014-cü ildə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 60 faiz artaraq 2015-ci il yanvarın 1-nə 28 579 ədəd təşkil edib.
Azərbaycanda verilmiş elektron imzaların sayı xeyli artıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ildə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 60 faiz artaraq 2015-ci il yanvarın 1-nə 28 579 ədəd təşkil edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 17 114 ədəd düşüb, 4 838 ədəd hüquqi şəxslərə, 6 628 ədəd isə vətəndaşlara verilib.

"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 452 ədəd təşkil edir və portalda 322 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 463 ədəd təşkil edir.

"Elektron hökumət" portalına müraciətlərin sayı da xeyli artıb. 2014-cü ilin yekunları üzrə bu göstərici 3,1 milyonu ötüb. Ötən il portaldakı xidmətlərdən 890 804 nəfər istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti