...

Azərbaycan və İran birgə teleradio komitəsinin fəaliyyətə başlamasını muzakirə edəcək

Telekommunikasiya Materials 10 May 2015 12:49 (UTC +04:00)
İran Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri mayın 12-də Bakıya səfər edir.
Azərbaycan və İran birgə teleradio komitəsinin fəaliyyətə başlamasını muzakirə edəcək

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Ümid Niayeş/

İran Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri mayın 12-də Bakıya səfər edir. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərdə iki ölkə arasında media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı müzakirə ediləcək.

Məlumata görə, həmin səfərdə İran Radio və Televiziya Təşkilatının keçmiş sədri İzzətullah Zərğaminin Bakıya səfəri zamanı imzalanan sənədlər və əldə edilən razılaşmalar haqqında da müzakirələr aparılacaq.

Xatıqladaq ki, İ.Zərğami oktyabr ayında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə Bakıda səfərdə olmuşdu. Həmin səfərdə Azərbaycan və İran arasında müştərək teleradio komitəsinin yaradılmasına dair əməkdaşlıq sənədi imzalanmışdı.

M.Əxgərinin Bakıya səfəri zamanı həmin komitənin fəaliyyətə başlaması məsələsi muzakirə olunacaq.

İki ölkə arasında imzalanmış sənədə əsasən, müştərək teleradio komitəsinin yaradılması üçün işçi qrupu fəaliyyət göstərəcək. İşçi qrupu müştərək teleradio komitəsinin yaradılması və onun işə başlamasına dair sazişi hazırlayacaq, daha sonra saziş ölkə rəsmiləri tərəfindən imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti