...

Azərbaycanda elektron xidmət növlərinin sayı artırılıb

Telekommunikasiya Materials 23 İyun 2015 17:11 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə olunub.
Azərbaycanda elektron xidmət növlərinin sayı artırılıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, "Elektron xidmət növlərinin Siyahısı"na "Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu" məzmunda 24.28-ci və "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı" məzmunda 24.29-cu bəndlər əlavə edilib.

Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron xidmət növlərinin Siyahısı"nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti