Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan "Google Play"in tərtibatçı və satıcı akkauntlarının qeydiyyatını həyata keçirə bilən ölkələrin siyahısına daxil olub. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında yayılan məlumata əsasən xəbər verir.
"Google"un məlumatına əsasən, beləliklə, Azərbaycan developerləri öz proqramlarını "Google Play" vasitəsilə sata biləcəklər.
Lokal tərtibatçılar üçün istifadə edilən valyuta dollardır, ödənişlər bank köçürməsi vasitəsilə həyata keçirilir. Ödənişlərin minimal həddi isə 100 dollara bərabərdir.
Hazırda "Google"un siyahısında tərtibatçı və satıcı akkauntu açmaq mümkün olan ölkələrin sayı 78-ə çatıb.