...

Azərbaycan antivirus mühafizə sistemi yaradıb

Telekommunikasiya Materials 29 İyul 2015 08:00 (UTC +04:00)
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün "Malware Report" viruslarından mühafizə sisteminin baza versiyasını hazırlayıb.
Azərbaycan antivirus mühafizə sistemi yaradıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün "Malware Analysis" viruslarından mühafizə sisteminin baza versiyasını hazırlayıb. Bu barədə Trend-ə CERT-dən bildirilib.

Sistemin birinci versiyası yaxın bir həftə ərzində istifadəyə veriləcək. "Malware Analysis"i cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.

Məlumatda bildirilir ki, məhsulun birinci versiyası orta səviyyəli istifadəçilər üçün nəzərdə tutulub. Proqram istifadəçilərə müstəqil şəkildə zərərli və şübhəli faylları analiz etməyə imkan yaradacaq. Növbəti versiyada zərərli və şübhəli faylların bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərilmə özəlliyi də yer alacaq. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti