...

Ödəniş terminallarında virtual hesaba pul yükləmək də olar

Telekommunikasiya Materials 18 Oktyabr 2015 18:42 (UTC +04:00)
"NetCard" universal ödəniş sistemi "eManat" ödəniş terminallarında əlçatan olub.
Ödəniş terminallarında virtual hesaba pul yükləmək də olar

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"NetCard" universal ödəniş sistemi "eManat" ödəniş terminallarında əlçatan olub. Bunu Trend-ə "Modenis" şirkətindən ("eManat" terminallar şəbəkəsinin sahibi) deyiblər.

Xidmətdən istifadə etmək üçün "NetCard" bölümünü seçmək, mobil telefon nömrəsini göstərmək, pulu qəbulediciyə qoymaq və qəbz almaq lazımdır. Qəbzdə "NetCard"ın şifrəsi göstəriləcək. Bu şifrə avtomatik olaraq SMS-lə mobil telefonun qeyd edilən nömrəsinə göndəriləcək.

"NetCard" ödəniş sistemi internet ödənişlərin həyata keçirilməsi üçün istifadə olunur.

"NetCard"ın yüklənməsi "MilliÖN" ödəniş terminallarında da mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti