...

Dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası

Telekommunikasiya Materials 5 Noyabr 2015 19:21 (UTC +04:00)
Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 10 ayı ərzində aşkarladıqları dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin (REV) sayını açıqlayıb.
Dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 10 ayı ərzində aşkarladıqları dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin (REV) sayını açıqlayıb.

DRİ-dən Trend-ə verilən məlumata görə, idarənin mütəxəssisləri bu ilin yanvar-oktyabr aylarında iş planına və İdarəyə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə texniki baxış, möhürləmə, möhür açma işləri aparıb və ümumilikdə 544 akt tərtib ediblər.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 269 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 61 ədədi qeydiyyata salınıb, 127 ədədi möhürlənib, 7 ədədi silinib və 74 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti