Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/
"Bakcell" şirkətinin LTE şəbəkəsi yaxın vaxtlarda Bakı Metropolitetində işə düşəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer deyib.
Onun sözlərinə görə, hazırda şirkət LTE-Advanced şəbəkəsinin kommersiya istismarına buraxılması üzrə iş aparır: "Hazırda şəbəkə qismən işə salınıb və yaxın 5 ay ərzində "Bakcell" şəbəkəsinin abonentləri üçün əlçatan olacaq".
R.Şirer qeyd edib ki, yeni nəsil LTE şəbəkəsinin istismara verilməsi üçün tezlik spektrinin istifadəsi məsələsinin nizamlanması əsasdır ki, buna da vaxt tələb olunur.