...

Hesab.az "Expressbank" müştərilərinə ikiqat bonus qazandırır

Telekommunikasiya Materials 18 Mart 2016 20:25 (UTC +04:00)

Bakı. Trend:

Hesab.az onlayn ödəmələr portalı "Expressbank" ilə birgə yeni kampaniyaya başlayıb. Bu gündən etibarən "Expressbank"a məxsus plastik kart sahibləri Hesab.az portalında kommunal, kabel TV, mobil, internet, əyləncə və Naxçıvan xərcləri üzrə ödəniş edərkən ikiqat bonus qazanacaqlar.

Hesab.az portalında qeydiyyatdan keçmiş "Expressbank" müştəriləri bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 100 deyil, 200 bonus əldə edəcəklər. Nəticədə "Expressbank"ın müştərilərinin Hesab.az-ın çoxsaylı kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artacaq. Qeyd edək ki, kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.

Eyni zamanda Hesab.az istifadəçiləri bonuslarını "Dərhal dəyiş" bölməsində "Expressbank"-ın təqdim etdiyi plastik kartlara dəyişə bilərlər. Bununla da bankın plastik kartlarını pulsuz sifariş etmiş olacaqlar.

Hesab.az haqqında

GoldenPay şirkətinə məxsus 215 mindən çox istifadəçisi olan Hesab.az, 100-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 15 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti