...

Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar

Telekommunikasiya Materials 1 İyun 2016 16:26 (UTC +04:00)
Azərbaycanda yeniyetmə yaşlarında olan internet istifadəçilərinin 13,8 faizindən çoxu qumar oyunlarını, silahı, zorakılığı və s. təbliğ edən, senzurasız leksikadan istifadə edilən saytlarla rastlaşırlar.
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda yeniyetmə yaşlarında olan internet istifadəçilərinin 13,8 faizindən çoxu qumar oyunlarını, silahı, zorakılığı və s. təbliğ edən, senzurasız leksikadan istifadə edilən saytlarla rastlaşırlar.

Trend-in məlumatına görə, statistik məlumatlar "Kaspersky Internet Security" "bulud" servisinin "Valideyn nəzarəti" modulunun quraşdırıldığı kompüterlərdən alınıb.

"Kasperski Laboratoriyası"nın məlumatına görə, son 12 ayda azərbaycanlı yeniyetmələrin 73,65 faizi əlaqə qurmaq üçün internetdən istifadə edib. 6,66 faiz onlayn oyunlar üçün internetdən istifadə edib. 5,83 faizi isə alkoqol, tütün və psixotrop məhsullar haqqında informasiyanın olduğu resurslarla rastlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti