...

Ailə TV-yə xoş gəldin: bir ay ödə, ikinci ay pulsuz izlə

Telekommunikasiya Materials 8 Sentyabr 2016 11:31 (UTC +04:00)
Ailə TV abunəçisi olmaq indi daha sərfəlidir.
Ailə TV-yə xoş gəldin: bir ay ödə, ikinci ay pulsuz izlə

Bakı. Trend:

Ailə TV abunəçisi olmaq indi daha sərfəlidir.

"Caspian Telecom" mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ailə TV-yə ilk dəfə qoşulan abunəçilər 1 ayın abunə haqqını öncədən ödəyərək, növbəti 1 ay xidmətdən pulsuz istifadə edəcəklər.

31.12.2016 tarixinədək davam edəcək bu kampaniya, analoq və rəqəmsal yayım abunəçiləri üçün keçərlidir.

Xatırladaq ki, Ailə TV analoq yayımda 64, rəqəmsal yayımda isə 100-dən çox TV kanal təqdim edir. Analoq yayıma qoşulmaq üçün heç bir əlavə cihaz tələb olunmur, rəqəmsal yayıma qoşulmaq üçün isə rəqəmsal qəbuledici (HD resiver və ya CAM modul) tələb olunur.

Rəqəmsal yayıma keçidi stimullaşdırmaq məqsədilə Ailə TV abunəçilərə CAM modul cihazlarını güzəştli şərtlərlə təqdim edir.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti