...

Məcburi dövlət sosial sığortası üzrə hesabatın təhlükəsiz yolu - e-imza

Telekommunikasiya Materials 17 Aprel 2017 11:15 (UTC +04:00)
Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi elektron imza vasitəsi ilə daha təhlükəsizdir.
Məcburi dövlət sosial sığortası üzrə hesabatın təhlükəsiz yolu - e-imza

Bakı. Trend:

Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi elektron imza vasitəsi ilə daha təhlükəsizdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, "Məcburi dövlət sosial sığorta haqqının toplanılması" Qaydalarına əsasən, sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığorta barədə hesabat təqdim edirlər.

Aprelin 1-dən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" xidmətinə müraciət yalnız “Elektron imza” və “ASAN imza” vasitəsi ilə aparılır. Aprelin 1-nə qədər sığorta edənlər həmin xidmətə istifadəçi adı/şifrə ilə daxil ola bilirdilərsə, artıq sadəcə elektron imzalama vasitələri ilə giriş edə bilərlər.

Bildirilir ki, sığorta hesabatlarının "Elektron imza və elektron sənəd haqqında" Qanuna uyğun icrası bu sahədə xoşagəlməz halların aradan qaldırılması məqsədi daşıyır. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanununa əsasən yalnız “elektron imza” vasitələri ilə imzalanmış elektron sənəd hüquqi qüvvəyə malikdir. Eyni zamanda, elektron imza ilə təsdiq olunmuş sənədə heç bir müdaxilə mümkün deyil, həmin sənədin bütövlüyünə və prosesin təhlükəsizliyinə tam təminat verilir.

Beləliklə, məcburi dövlət sosial sığortası üzrə hesabatları əldə etmək üçün, “Elektron imza” və “ASAN imza” vasitəsi ilə "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olaraq, "BÜTÜN XİDMƏTLƏR" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidmətini seçərək "Yeni hesabat" alt bölməsini aktiv edib, rüblük hesabatınızı qısa vaxtda müvafiq ünvana göndərə bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti