Bakı. Samir Əli -Trend:
Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi yenilənib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni səhifədə müasir dövrün əsas texnoloji üstünlükləri nəzərə alınmaqla təkmilləşdirmə işləri aparılıb, o cümlədən səhifənin görünüşü tamamilə dəyişdirilərək müasir standartlara, kompüter və mobil avadanlıqların ekran ölçülərinə tam uyğunlaşdırılıb.
Bununla yanaşı, səhifədəki bütün məlumatların kompüter və mobil avadanlıq istifadəçiləri üçün əlçatanlığı təmin edilib.