...

Vəsiqə, diplom itirənlərin nəzərinə! 481 itmiş sənəd tapılıb (YENİLƏNİB)

Telekommunikasiya Materials 23 Oktyabr 2017 10:50 (UTC +04:00)
"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 481 itmiş sənəd qeydə alınıb.
Vəsiqə, diplom itirənlərin nəzərinə! 481 itmiş sənəd tapılıb (YENİLƏNİB)

İlk xəbər saat 07:43-də yayılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 481 itmiş sənəd qeydə alınıb.

Trend-ə MMC-dən verilən məlumata görə, bu sənədlərdən 157-si sahiblərinə qaytarılıb.

Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 13-ü isə "Azərpoçt"un filiallarında qalır.

MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olur.

Qeyd edək ki, "Poçtap" servisi 2017-ci ilin fevralında Bakı Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC və "BakuBus" MMC ilə birgə işə salınıb. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti