...

"Azercell" ADA-da Karyera Sərgisində (FOTO)

Telekommunikasiya Materials 8 Mart 2018 11:17 (UTC +04:00)
"Azercell Telekom" MMC ADA-da keçirilən 6-cı Karyera Sərgisində iştirak edib.
"Azercell" ADA-da Karyera Sərgisində (FOTO)

Bakı. Trend:

"Azercell Telekom" MMC ADA-da keçirilən 6-cı Karyera Sərgisində iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 900-dən çox tələbənin və 105 şirkətin iştirak etdiyi sərgidə "Azercell" əməkdaşları öz fəallıqları və maraqlı stendləri ilə seçiliblər. MMC-nin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda, məzunları maraqlandıran sualları cavablandırıblar.

Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

Qeyd edək ki, "Azercell Telekom" daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur.

Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Daha ətraflı məlumat üçün [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti