...

"Hostimul" peşəkarlarının hazırladığı öyrədici videolar təqdim olunacaq

Telekommunikasiya Materials 20 Noyabr 2020 17:00 (UTC +04:00)
"Hostimul" peşəkarlarının hazırladığı öyrədici videolar təqdim olunacaq

Bakı. Trend:

İT sahəsi həm ölkəmizdə, həm də dünyada inkişafına xüsusi önəm verilən prioritet istiqamətlərdəndir. Lakin digər inkişaf etmiş ölkələrlə müqayisədə bizim cəmiyyətimizdə bu sahəni sürətli inkişaf etdirmək üçün daha çox maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasına ehtiyac var. Bu baxımdan İT sahəsində fəaliyyət göstərən şirkətlərin də üzərinə vacib iş düşür. Belə ki, bu şirkətlər bizneslərində uğurlu olmaq üçün sahənin ayrı-ayrı istiqamətləri üzrə insanların məlumatlandırılmasını satış və marketinq strategiyalarının əsas hissəsinə çevirməlidirlər. Çünki insanların yalnız məlumatlı olduqları xidmətlərə ehtiyacı yarana bilər. Bu fikri öz inkişaf strategiyasının mərkəzində yerləşdirmiş və uğur əldə etmiş şirkətlərimizdən biri də Hostimul şirkətidir.

2017-ci ildə fəaliyyətə başlamış Hostimul, qısa müddət ərzində özünün domen qeydiyyatı, hostinq, virtual, bulud və fiziki serverlərin icarəsi kimi xidmətlərini dünyanın 72 fərqli ölkəsindən müştərilərə çatdırmağa nail olub. Şirkət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən rəsmi hostinq provayderi olaraq qeydiyyata alınıb.

Hostimul şirkəti Dalas, Los Angeles və Naaldwijkdə (Niderland Krallığı) TIER III+ standartlarına cavab verən data mərkəzlərdən HP, Dell, Fujitsu, Lenovo, SuperMicro kimi brend fiziki serverlərin icarəsini sərfəli qiymətlərlə təklif edir.

Yuxarıda da qeyd etdiyimiz kimi Hostimul şirkəti insanların maariflənməsinə, hostinq anlayışı və xidmətləri istiqamətində məlumatlarının dərinləşməsinə xüsusi önəm verir. Bu məqsədlə bir müddətdir peşəkar komanda ilə üzərində işlədiyi öyrədici videoları və bloq yazılarını tezliklə öz youtube kanalında, saytında və sosial hesablarında insanların istifadəsinə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti