Bakı. Trend:
2022-ci ilin əvvəlindən Azərbaycanda viruslara yoluxmuş 3,5 min qurğu aşkar edilib.
Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Şahin Əliyev deyib.
Onun sözlərinə görə, Elektron Təhlükəsizlik Xidməti qurğuları virusa yoluxmuş istifadəçilərə zəruri dəstək göstərib.
"Qeyd etmək istəyirəm ki, virusa yoluxmuş qurğuların aşkar edilməsi üzrə işlər internet provayderlərlə birgə aparılır. Bu əməkdaşlıq yaxın zamanlarda daha çox yoluxmuş qurğunun aşkar olunmasına və müvafiq tədbirlərin görülməsinə imkan yaradacaq", - deyə o bildirib.