...

Azərbaycanda Kasperski Laboratoriyası tərəfindən bloklanmış kibertəhdidlərin sayı açıqlanıb

Telekommunikasiya Materials 7 Aprel 2023 17:57 (UTC +04:00)
Azərbaycanda Kasperski Laboratoriyası tərəfindən bloklanmış kibertəhdidlərin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Kasperski Azərbaycanda fişinq saytlarına təqribən bir milyona yaxın keçidi bloklayıb.

Bu barədə Trend-ə cümə günü Kasperski-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Onun sözlərinə görə, bunların böyük hissəsi və ya 60 faizi ev istifadəçilərinin, 40 faizi isə korporativ istifadəçilərin payına düşüb.

"Kasperski-nin kibertəhlükəsizlik sahəsindəki həlləri təkcə korporativ seqmenti deyil, həm də ev istifadəçilərini əhatə edir. Sorğularımıza əsasən, 2022-ci ildə onlayn fırıldaqçılıq, xüsusən "social engineering" formasında kiberhücumlarda artım tendensiyası müşahidə olunub. Bu forma kibercinayətkarlar tərəfindən istifadəçilərin aldadılması və ödəniş məlumatlarının, həmçinin, digər şəxsi məlumatların əldə edilməsi formasında təzahür edib. Bu məlumatlardan pul vəsaitlərinin oğurlanması məqsədilə və ya digər hücumlarda istifadə olunur. İstifadəçilər adətən fırıldaqçılarla sosial şəbəkələrdə və messencerlərdə qarşılaşıblar. Bu cür hallar az deyil və biz əhalinin məlumatlılıq səviyyəsinin artırılması üzrə iş aparırıq", - o deyib.

Həmçinin, Məmmədovun sözlərinə görə, telefon fırıldaqçılığı halları çoxalıb və burada da eyni məqsəd güdülür: şəxsi və ödəniş məlumatlarının oğurlanması.

"Bütünlükdə 2022-ci ildə çoxlu sayda fişinq hücumları qeydə almışıq. Həllərimiz fişinq saytlarına bir milyona yaxın keçidi bloklayıb ki, bunların da 60 faizi ev istifadəçilərinin, 40 faizi isə korporativ istifadəçilərin payına düşüb. Qeyd etmək istəyirəm ki, şirkətlərimiz getdikcə kibertəhlükəsizliyə daha çox diqqət yetirməyə başlayıb və aparıcı həllər tətbiq edir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti