...

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi parlament seçkilərinə hazırdır

Telekommunikasiya Materials 5 Noyabr 2005 13:04 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi qarşıdakı parlament seçkilərinə tam hazırdır. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, hazırki anda 125 seçki dairəsinin və 5 mindən artıq seçki məntəqəsinin telefonlaşdırılması üzrə işlər başa çatdırılıb.

Rabitə Nazirliyndən bildirilir ki, ölkənin ayrı-ayrı rayonlarında rabitənin təmin olunması üçün alternativ rabitə xidməti yaradılıb və pulsuz danışıq kartları tətbiq olunub.

Bundan əlavə, seçki zamanı qəza hallarının aradan qaldırılması üçün yerlərdə Rabitə Nazirliyinin fövqəladə hallar üzrə 5operativ qrupu işləyəcək.

Seçkilərlə əlaqədar informasiyanın operativ ötürülməsi üçün İnternet şəbəkəsinin Aztelekom. Net provayderinin texniki imkanlarından istifadə edilməsi məqsədilə seçki inforomasiya mərkəzi ilə alternativ əlaqə saxlanılacaq.

Yuxarıda göstərilən tədbirlər respublika prezidenti İlham Əliyevin 2005-ci ilin oktyabrında Milli Məclisə seçkilərin keçirilməsi və ona hazırlıqla əlaqədar təcili tədbirlərin görülməsi ilə bağlı verdiyi sərəncama əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti