...

Intel Azərbaycanı "Gələcək üçün təhsil" proqramına qoşmaq niyyətindədir

Telekommunikasiya Materials 30 Mart 2006 19:22 (UTC +04:00)

İntel korporasiyası Azərbaycanı "Gələcək üçün təhsil" proqramına qoşmaq niyyətindədir. Trend in xəbər verdiryi kimi, bu barədə korporasiyanın Direktorlar Şurasının rəhbəri Kreyq Barrett məlumat verib. Azərbaycan MDB ölkələri arasında bu proqramda iştirak edən 3-cü ölkə olacaq.

Onun sözlərinə görə, son 5 il ərzində Intel Rusiya və Ukraynada təxminən 300 min müəllim hazırlayıb.

İntel-in korporativ təhsil proqramı təhsil prosesində kompüter texnologiyalarından istifadə təcrübəsi qazandırır.

Yaxın 5 il ərzində təkcə Rusiyada 1 mln müəllim bu proqramda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti