Oktyabrın 15-dən dekabrın 31-dək Azərcell Telecom BM-in abunəçiləri "SMS Günlər" aksiyasına qoşula bilərlər. Trend şirkətə istinadən xəbər verir ki, müəyyən günlər "SMS Günlər" elan olunacaq və həmin günlərdə hər göndərilmiş standart qısa mesaja 50% güzəşt ediləcək!
"SMS Günlər"də 1 standart qısa mesajın qiyməti aşağıdakı kimi olacaq:
Azercell faktura xətti - 0,02 AZN (ƏDV-siz);
SimSim, Bizdən Bizə - 5 kontur;
GəncSim - 4 kontur.
Güzəştlər qısa nömrələrə göndərilən mesajlara aid deyil.
Azercell 19 yanvar 1996-cı ildə təsis olunub və onun ilk təsisçiləri Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olub. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə başlayıb və öz abunəçilərinə sonradan ödənilmə əsasında moöil rabitə təklif edib. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından isə GəncSim gənc tarif planı tətbiq olunub.