...

Azərbaycanın Rabitə Nazirliyi İT nəşriyyatının elektron kitabxanasını hazırlayır

Telekommunikasiya Materials 7 Noyabr 2006 21:06 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İT nəşriyyatının elektron kitabxanasını hazırlanmaqla bağlı işlər aparır. Bu haqda Trend -ə Nazirlikdən xəbər veriblər. İşlər nazirliyin mütəxəssislərinin Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birgə aparılacaq. Elektron kitabxanaya bu günə kimi informasiya texnologiyaları mövzusunda ölkədə nəşr edilən kitabların, gələcək mərhələdə isə xarici müəlliflərin kitabları nın yerləşdirilməsi planlaşdırılır.

Hazırda institut kitabxananın layihəsinin eskizi üzərində işləyir. Elektron kitabxananın yaradılması tədbirləri Azərbaycanda rabitə və informasiya texnalogiyalarının inkişafı üzrə dövlət proqramına ("Elektron Azərbaycan") müvafiq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti