...

Azərbaycan Beynəlxalq Texnoloji parklar Assosiasiyasının ümumdünya konfransında iştirak edəcək

Telekommunikasiya Materials 21 Noyabr 2006 19:11 (UTC +04:00)

Azərbaycan Beynəlxalq elmi parklar Assosiasiyasının (International Association of Science Parks -IASP) elmi-texnoloji parklar üzrə 24-cü ümumdünya konfransında iştirak edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, 2007-ci il iyulun 2-dən 4-ə qədər Barselonada keçiriləcək tədbirdə informasiya cəmiyyətinin inkişafı şöbəsinin başçısı Rüfət Gülməmmədovun iştirak edəcəyi gözlənilir.

Konfransın mövzusu "Yaradıcı işlər və yaradıcı şirkətlər - inkişaf və rəqabətin əsas amilləri"dir. Konfransda elmi parklar üzrə ekspertlər, sahibkarlar və bir sıra institutların nümayəndələri iştirak edəcək. Tədbir iştirakçıları innovasiya, inkişaf və ümumi inkişafın başlıca amili kimi qabaqcıl biliklərə malik işçilərin rolu ilə bağlı məsələlərə toxunacaqlar.

Azərbaycan Rabitə Nazirliyinin simasında Azərbaycanda yüksək texnologiyaların inkişafı üzrə xüsusi iqtisadi zonaların yaradılması layihəsi hesabına bu ilin aprel ayından IASP-nin assosiativ üzvü olub.

Beynəlxalq Elmi Parklar Assosiasiyası 1984-cü ildə yaradılıb və onun üzvləri Argentina, Braziliya, Belçika, Fransa, Portuqaliya, Rumıniya, Rusiya, Lüksemburq, Sinqapur, Böyük Britaniya, Avstriya b. kimi 66 ölkədir. IASP üzvlərinin ümumi sayı 300-ü ötür.

Xəbər lenti

Xəbər lenti