...

Azərbaycanın Rabitə Nazirliyi ABŞ-ın 2 universiteti ilə memorandum imzalayıb

Telekommunikasiya Materials 7 Mart 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbayacanın rabitə və iformasiya texnologiyaları Nazirliyi ABŞ-ın iki universiteti ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Bu barədə məlumatı nazirlikdən veriblər. Sənəd Rabitə Nazirliyinin nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində, Koliforniya Universiteti (University of California, Los Angeles - UCLA) və San-Xose Dövlət Universiteti ilə (San Jose State University SJSU) imzalanınb.

Memorandum təcrübə mübadiləsi, informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanması, birgə layihələrin həyata keçirilməsi, azərbaycanlı tələbələrin bu ali təhsil müəssisələrində güzəştli əsaslarla təhsil alması imkanlarını əhatə edir.

2006-cı ildə isə nazirlik analoji razılaşmanı ABŞ-ın Corc Meyson Universitetilə (George Mason University) imzalamışdı.

Xəbər lenti

Xəbər lenti