...

Azərbaycanda avtomobil yolunun tikintisi məqsədilə tender elan edilib

Tender müsabiqələri Materials 3 İyul 2012 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E. İsmayılov/

Goranboy Rayon İcra Hakimiyyəti Goranboy-Həmənli avtomobil yolunun tikintisi üçün tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Xalq qəzeti"ndə dərc edilən məlumatda deyilir.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqında ərizə və digər lazımi sənədləri 6 avqust 2012-ci il saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti 13 avqust saat 17:00-dək təqdim olunmalıdır.

Tender təkliflərinin açılması 14 avqust saat 11:00-da baş tutacaq.

Tenderdə iştirak etmək istəyənlər 400 manat həcmində iştirak haqqını ödədikdən sonra aşağıdakı ünvanda Azərbaycan dilində əsas şərtlər toplusunu əldə edə bilərlər: Goranboy şəhəri, H. Əliyev prospekti, 1.

Əlaqələndirici şəxs: Qabil Həsənov.

Tel.: 0224-5-19-35.

Xəbər lenti

Xəbər lenti