...

"Bakı metropoliteni" tender elan edib

Tender müsabiqələri Materials 3 Dekabr 2020 19:21 (UTC +04:00)
"Bakı metropoliteni" tender elan edib

Bakı. Sədrəddin Ağcayev - Trend:

"Bakı metropoliteni" QSC Nərimanov deposunda ventilyasiya sisteminin yenilənməsi və "Elmlər Akademiyası" stansiyasının inzibati binasında kondisioner və isitmə sisteminin quraşdırılması üçün xidmətlərin cəlb edilməsi üzrə tender elan edib.

Trend-in məlumatına görə, tender bir lot üzrə keçiriləcək.

Tenderdə iştirakın məbləği 300 manat təşkil edir. İştirak etmək arzusunda olanlar dekabrın 6-dək zəruri sənədləri təqdim etməli, təklifəri isə dekabrın 14-dək irəli sürməlidir.

Tender paketlərinin açılması dekabrın 15-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti