...

Husilər ABŞ ilə danışıqlara başlamağa hazırdırlar

Turizm Materials 16 Mart 2025 14:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər sülhə nail olmaq məqsədilə ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.

Trend-in məlumatına görə, husilərin adı açıqlanmayan nümayəndəsi bu barədə "Al Araby" telekanalına açıqlama verib. O, bildirib ki, danışıqlar üçün Vaşinqton tərəfi danışıqlara başlamaq niyyətində olduğunu bəyan etməlidir:

"Danışıqlar üçün kanallar açıq olmalıdır, biz həmişə dialoqu dəstəkləmişik."

Xatırladaq ki, ABŞ martın 15-də Yəməndə husilərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti