Bakı. Trend:
Kanadanın yeni Baş naziri Mark Karni parlamenti buraxmaq və aprelin 28-də növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib.
Trend xəbər verir ki, seçkilər ABŞ ilə Kanada arasında gərginlik və ticarət müharibəsi şəraitində keçiriləcək və bu məsələnin seçkiqabağı kampaniyanın əsas mövzusu olacağı gözlənilir.
Əvvəlcə seçkilərin oktyabrın 20-nə qədər keçirilməsi planlaşdırılırdı. Lakin ekspertlər seçkilərin erkən keçirilməsinin hakim Liberallar Partiyası üçün faydalı olacağını ehtimal edirlər.
Seçki ilə bağlı qərar, Mark Karni baş nazir kimi and içdikdən yalnız 9 gün sonra verilib. Onun əsas rəqibi isə Mühafizəkarlar Partiyasının lideri Pyer Pualevr olacaq.