...

Norveçdə konteyner gəmisi yaşayış evinin yanına çırpılıb

Turizm Materials 24 May 2025 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 22-də səhər saatlarında Norveçin Tronheim şəhəri yaxınlığında yerləşən kiçik Bayneset kəndində qeyri-adi hadisə baş verib – 135 metrlik konteyner gəmisi NCL Salten yaşayış binasının bir neçə metrliyində sahilə çırpılıb.

Trend xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Hadisə zamanı gəmi, kənd sakini Yohan Helberqin evinə çox yaxın məsafədə, birbaşa onun bağ sahəsinə düşüb. O, hadisə anında yatmış olub və baş verənlərdən yalnız qonşusunun xəbərdarlığı ilə xəbər tutub. Qonşusu əvvəlcə şəxsən yaxınlaşmağa çalışıb, sonra isə Helberqə telefonla zəng edərək onun evinə doğru yüksək sürətlə hərəkət edən gəmidən danışıb.

Xilasedicilər səhər saat 06:30 radələrində hadisə yerinə çatıblar. Gəminin göyərtəsində 16 nəfər olub və xoşbəxtlikdən heç kim xəsarət almayıb. Hazırda gəmi sahildə qalıb və ərazidən evakuasiya olunması planlaşdırılır.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti