...

Türkiyədə 21 bina və 28 iş yeri təxliyə edilib

Turizm Materials 2 Noyabr 2025 04:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda oktyabrın 29-da yeddimərtəbəli binanın çökməsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Trend xəbər verir ki, hadisə baş verən ərazidə 28 iş yeri və 21 bina boşaldılıb. Mütəxəssislər bir neçə binada ciddi zədələr və daşıyıcı sütunlarda çatlar müəyyən ediblər.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, ərazidə genişmiqyaslı araşdırmalar aparılır və bu işlərə 40-a yaxın mütəxəssis cəlb olunub.

Hazırda bölgədən 250-dən çox sakin təxliyə edilib. Xatırladaq ki, sözügedən binanın çökməsi nəticəsində bir ailənin dörd üzvü həyatını itirib.

Xəbər lenti

Xəbər lenti