...

Böyük Britaniya polisində maqnitli hicab tətbiq edilə bilər

Turizm Materials 24 Dekabr 2025 03:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya polisində müsəlman qadınların xidmətə cəlb edilməsi məqsədilə maqnitli hicabın geyim forması kimi tətbiqi mümkün olacaq.

Trend xəbər verir ki, maqnitli hicab sürətli açılan bərkidici mexanizmə malikdir və toqquşma zamanı dartıldıqda asanlıqla sürüşüb çıxır.

İdeya ilk dəfə 20 il əvvəl detektiv-serjant Yassin Desai tərəfindən irəli sürülüb, lakin ideal maqnitli hicabın hazırlanması uzun illər tələb edib. Desainın sözlərinə görə, hicab Enderbi şəhərində uğurla praktiki sınaqlardan keçirilib. Konstruksiya hicabın alt hissəsinin ayrılmasına imkan verir, bu da boğulma riskinin qarşısını alır və eyni zamanda təvazökar, peşəkar görünüşü qoruyur.

Lesterşir polisində çalışan müsəlman qadınlar artıq maqnitli hicab taxmağa başlayıblar.

Xəbər lenti

Xəbər lenti