...

Hindistan “Pralay” kvazi-ballistik raketinin iki sınaq buraxılışını uğurla həyata keçirib

Turizm Materials 2 Yanvar 2026 05:32 (UTC +04:00)
Hindistan “Pralay” kvazi-ballistik raketinin iki sınaq buraxılışını uğurla həyata keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan yerli istehsal olan “Pralay” qısa mənzilli kvazi-ballistik raketinin iki ayrı sınaq buraxılışının uğurla başa çatdığını elan edib.

Trend xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, Hindistan Müdafiə Nazirliyinin törəmə qurumu olan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) yerli vaxtla səhər saat 10:30-da Odişa sahilləri yaxınlığında iki raket buraxılışı həyata keçirib.

Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, müxtəlif növ döyüş başlıqları daşımaq imkanına malik olan hər iki raket nəzərdə tutulan trayektoriyalar üzrə dəqiq hərəkət edib və sınaqlar uğurla başa çatıb.

Xəbər lenti

Xəbər lenti