...

Deputat: BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu Azərbaycanın dünyada nüfuzunun göstəricisidir (VİDEO)

Nəzər nöqtəsi Materials 29 Aprel 2016 09:58 (UTC +04:00)
Belə bir böyük forumun keçirilməsi Azərbaycanın dünyada siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir.
Deputat: BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu Azərbaycanın dünyada nüfuzunun göstəricisidir (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Belə bir böyük forumun keçirilməsi Azərbaycanın dünyada siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Hüseynov "Baku Network" ekspert qrupunun aprelin 25-27-də Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələrində deyib.

A.Hüseynov bildirib ki, bu forumun indiki vəziyyətdə Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük siyasi və iqtisadi dividenddir: "Bu tədbirin Azərbaycanda keçirilməsi sübut etdi ki, ölkəmiz demokratik prinsiplərə söykənən, sivil, mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır".

Onun fikrincə, forumda bir sıra dövlət və hökumət başçılarının, nazirlərin, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin iştirak etməsi forumun əhəmiyyətini daha da artırırdı:

"Bu insanlar forumda iştirak etməklə, həm də ölkəmizin iqtisadi potensialı haqqında məlumat əldə edirlər. Bu baxımdan gələcəkdə bu forum Azərbaycanın iqtisadi inkişafına da bir təkan verəcək. Artıq Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti