...

Səfir: Azərbaycan Türkiyənin qərb müttəfiqləri və dostları üçün nümunədir

Nəzər nöqtəsi Materials 2 Avqust 2016 14:02 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıqda hər hansı bir geriləmə olmayacaq.
Səfir: Azərbaycan Türkiyənin qərb müttəfiqləri və dostları üçün nümunədir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıqda hər hansı bir geriləmə olmayacaq. Bunu Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyədə hərbi çevrilişə cəhd sonrası ölkənin Silahlı Qüvvələrində aparılan həbsləri şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bir çox sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq davam edir: "Azərbaycan və Türkiyə arasında planlaşdırılmış hərbi təlimlər var və bu təlimlər bundan sonra da davam edəcək".

Diplomat bildirib ki, Azərbaycan Türkiyənin qərb müttəfiqləri və dostları üçün nümunədir.

Səfir həmçinin, iki ölkə arasındakı hərbi sahədə olan bəzi fəaliyyətlərdə bir sıra yeni tərtibatlara ehtiyac olacağını da istisna etməyib.

"Türkiyədə təhsil alan azərbaycanlı zabitlərə yönəlik hərbi məktəblərimizin bağlanması səbəbi və Milli Müdafiə Universitetinin qurulması ilə əlaqədar olaraq bəzi yeni tənzimləmələr ola bilər. Türkiyədə təhsil alan əsgər və zabitlərimiz üçün tətbiq olunan bütün həll yolları heç şübhəsiz ki, azərbaycanlı qardaşlarımız üçün də tətbiq olunacaq " - deyə diplomat qeyd edib.

Səfir eyni zamanda, Türkiyədə qurulan yeni hərbi platforma çərçivəsində Türkiyə və Azərbaycan arasında hərbi və müdafiə sənayesi sahəsində olan işbirliyinin daha da möhkəmlənəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti