...

Deputat: Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş apararaq maraqları naminə hər kəsi satıb

Nəzər nöqtəsi Materials 8 Dekabr 2017 12:26 (UTC +04:00)
Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb.
Deputat: Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş apararaq maraqları naminə hər kəsi satıb

Bakı. Elçin Mehdiyev – Trend:

Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.

S.Alıyev bildirib ki, kitabda L.Yunusun bütün iç üzü açılıb: “Leyla Yunus Azərbaycanı, Azərbaycan dövlətini satan bir adamdır. Bu xanım tanıdığı bütün hüquq müdafiəçilərini satıb, zərbə altnda qoyub. Leyla Yunusu maliyyələşdirən, ona bir çox ölkələrdə imarətlər, villalar alan, külli miqdarda bank hesabı yaratmağa imkan yaradan çevrələr məhz Leyla Yunus kimi ictimai viruslardan lider ictimai rəyi yaradırlar. Leyla Yunus kimi ictimai bir virusu da Azərbaycan cəmiyyətinə ictimai rəy lideri kimi sırımağa çalışırdılar”.

Deputat vurğulayıb ki, L.Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb: “Leyla Yunus Avopa Oyunları ərəfəsində deyirdi ki, Avropadakı qurumlara demək lazımdır ki, onlar bu məsələni qabartsınlar ki, Ermənistan sülh tərəfdarıdır, Azərbaycan sülh tərəfdarı deyil. Yəni, bu sadəcə bir epizoddur. Bunu edən adamın nələrə gedə bilməsi aydın məsələdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti